AFFA ilin ən yaxşılarını seçir
10.12.2010 - 18:00
AFFA ardıcıl ikinci dəfə ilin ən yaxşı futbolçularını seçir. Bu barədə apasport.az saytına assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə yaxın günlərdə möhtəşəm tədbir keçiriləcək.
AFFA rəsmisi bildirib ki, həmin tədbirdə milli komandaların ən yaxşıları mükafatlandırılacaq: “Ötən il olduğu kimi, milli komanda ilə yanaşı, yığmanın ən yaxşı qadın futbolçusu, futzalçısı, çimərlik futbolçusu seçiləcək. Bu dəfə yenilik ondan ibarətdir ki, millidə cari ildə ən çox oyun keçirən futbolçu mükafatlandırılacaq. Tədbirin harada keçiriləcəyi hələlik dəqiqləşməyib. Ancaq buna qısa vaxtda aydınlıq gələcək”.
Qeyd edək ki, ötən il dekabrın 21-də “Landmark” Biznes Mərkəzinin “Rotunda” zalında keçirilən tədbir futbol tariximizə düşmüşdü. Çünki məhz həmin vaxt 17 illik futbol tariximizdə ilk dəfə ilin ən yaxşı futbolçuları seçilirdi. Apasport.az saytının da informasiya dəstəyi verdiyi tədbirdəki nominasiyalarda Vaqif Cavadov, Kamran Ağayev, Anna Atayeva, Rizvan Fərzəliyev və Elvin Quliyev qalib gəlmişdi.
Mehman SÜLEYMANOV

0
0