Emin Mahmudov: “Spartak”dan təklif almamışam
10.12.2010 - 17:36
“Saturn” klubunun azərbaycanlı futbolçusu Emin Mahmudov Moskva “Spartak”ından təklif almasını təkzib edib. Apasport.az saytının məlumatına görə, əslən lənkəranlı olan 18 yaşlı yarımmüdafiəçi Rusiya mətbuatına açıqlamasında “Spartak”ın onunla maraqlanması ilə bağlı heç nə bilmədiyini bildirib: “Bu təklif haqda heç nə eşitməmişəm. “Spartak”dan müqavilə imzalamaqla bağlı təklif almamışam. Məni “Saturn”da hər şey qane edir. Karyeramı bu komandada davam etdirmək istəyirəm. İnanıram ki, “Saturn” yaxın günlərdə bütün problemləri həll edəcək”.
0
0