Elxan Məmmədov: Ümid edirik ki, onların bu oyuna gəlişində problem olmayacaq
10.12.2010 - 18:28
“Millimizin Danimarka ilə yoldaşlıq görüşündə ölkədən kənarda oynayan futbolçularımızın da iştirakını istəyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Azərbaycan yığması Danimarka ilə gələn il Dubayda keçirəcəyi yoldaşlıq görüşünə güclü heyətlə çıxmaq istəyir. Rəqib ölkə daxilində oynayan futbolçulara üstünlük verəcəksə, millimiz legionerlərinin də sıralarında olmasına çalışacaq. Ancaq xaricdə top qovan futbolçularımız – yığmanın kapitanı Rəşad Sadıqov (“Əskişəhərspor”, Türkiyə) və Mahir Şükürovun (“Anji”, Rusiya) gəlişində problem yarana bilər. Çünki klublar FİFA-nın qaydalarına görə, beynəlxalq təqvimdə nəzərdə tutulmayan hazırlıq prosesinə, oyuna futbolçu buraxmamaq hüququna malikdir. Futbolçu yığmanın yoldaşlıq görüşünə 2, rəsmi oyuna 4 sutka qalmış göndərilə bilər.
Fevralın 9-u FİFA-nın təqvimində nəzərdə tutulduğundan, yığmamızın həmin tarixdəki oyununa futbolçularımızın gəlişində heç bir problem olmayacaq. Məmmədovun sözlərinə görə, legionerlərimizin Dubaydakı toplanışı ilə bağlı klublarına rəsmi dəvət göndəriləcək: “Ümid edirik ki, futbolçularımızın gəlişi ilə bağlı problem yaranmayacaq. Yığmamızın Dubaydakı toplanışının tarixi dəqiqləşməsə də, yanvarın sonunda-fevralın ilk 10 günlüyündə olması planlaşdırılıb. Orada bir neçə yoldaşlıq görüşü keçirmək nəzərdə tutulub. Bunlardan yalnız Danimarka ilə ilkin razılıq olduğundan, açıqlamışıq. Digər ölkələrlə, Asiya təmsilçiləri ilə danışıqlar davam edir. Biz Danimarkanın Dubayda təlim-məşq toplanışına yollanacağını bilirdik. Belə olan halda, onlara yoxlama oyunu keçirmək təklifi etdik və buna müsbət baxıldı. İndi oyunun tarixi ilə bağlı danışıqlar gedir. Moldova yığması ilə yoldaşlıq görüşü keçirməklə bağlı isə danışıq olmayıb”.
Qeyd edək ki, Moldova da Dubaya hazırlığa yollanaraq, yanvarın 27-də Danimarka ilə görüşəcək.
Mehman SÜLEYMANOV

0
0