“İnter” – AZAL oyunu da canlı yayımda
10.12.2010 - 18:55
Bakının “İnter” klubunun da Premyer Liqada ev oyununu canlı izləmək mümkün olacaq. Apasport.az saytının məlumatına görə, son çempionumuzun AZAL-la sabah “Şəfa” stadionundakı görüşü “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.
Görüşə saat 16:00-da start veriləcək. Bununla da həmin kanalda sabah iki oyun, Salyanda “Muğan”la MOİK arasında görüş də birbaşa göstəriləcək. “Qəbələ” – “Turan” (14:00) və “Neftçi” – “Bakı” (18:00) görüşləri “Lider TV” ilə canlı yayımlanacaq.
Qeyd edək ki, cari mövsümdən oyunların yayım hüququ klublara veriləndən sonra “İnter”in ev görüşləri göstərilmirdi.

0
0