I divizion komandamız da Antalyaya gedir
11.12.2010 - 00:43
I divizion komandamız da Antalyaya gedir
I divizionun lideri “Abşeron”un qış fasiləsi ilə bağlı planları məlum olub. Apasport.az saytının xəbərinə görə, ölkə kubokunda 1/4 finala vəsiqə qazanan komanda hazırlıqlara yanvarın 5-də başlayacaq.

Mirbağır İsayevin komandası hazırlığın ilk mərhələsini Bakıda keçəcək. Yanvarın 23-24-də isə "Abşeron" Antalyaya yollanacaq. Türkiyə toplanışı 10-12 gün çəkəcək. Bu müddətdə komanda yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq, həmçinin heyətini gücləndirməyə çalışacaq.