Rəşad Sadıqov 35 dəfə oynasa...
11.12.2010 - 00:49
UEFA İcraiyyə Komitəsinin dünən Praqada keçirilən İcraiyyə Komitəsinin iclasında AFFA da daxil olmaqla, bu qurumun üzvü olan 53 futbol assosiasiyasına maliyyə yardımının ayrılması ilə bağlı qərar verilib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu vəsait federasiyalara Avropada futbolun inkişafına xidmət edən "Het-Trik" proqramı çərçivəsində ayrılacaq.
2012-2016-cı illəri əhatə edən proqrama əsasən, milli federasiyalar UEFA-dan üç milyon avro yardım alacaqlar. Bundan başqa, proqramın həyata keçiriləcəyi dörd il ərzində UEFA hər il federasiyalara 1,5 milyon avro verəcək. Bütün bunların müqabilində isə federasiyalar ölkələrində klubların lisenziyalaşdırma məsələsini həll etməli, aparıcı yarışlar hesab olunmayan turnirlərə qatılmalı, UEFA-nın Məşqçilər Konvensiyasına və Kütləvi Futbol Xartiyasına üzv olmalıdı. Beləliklə, milli federasiyalar UEFA tərəfindən bu proqrama görə ümumilikdə 9 milyon avro alacaqlar. Qərara əsasən, vəsaitdən qadın futbolunun inkişafına da pul xərclənməlidi.
Bundan sonra Avropanın ən ali futbol qurumu olan UEFA öz ölkələrinin milli komandalarında 100 oyun keçirən futbolçulara mükafat verəcək. Bununla bağlı qərar da Praqada qəbul olunub. Belə bir qərarın verilməsi ölkələrdə futbol üzrə milli komandaların nüfuzunun daha da artmasına xidmət edir. Bu qərar həmçinin milli komandalarında bunadək 100 oyun keçirmiş futbolçulara da şamil ediləcək. UEFA mükafatla bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan milli komandasında hələlik 100 oyun keçirən futbolçu yoxdur. Veteran futbolçularımızdan olan Aslan Kərimov 80, onun ən yaxın izləyicisi olan millimizin kapitanı Rəşad Sadıqov isə 65 oyunda meydana çıxıb.

0
0