3 il qaldı - FOTO
11.12.2010 - 00:52
3 il qaldı - FOTO
"Fiorentina"nın rumın futbolçusu Adrian Mutu klubun ona təklif etdiyi 5 illik yeni müqaviləni imzalamaqdan imtina edib. Apasport.az saytının xəbərinə görə, 31 yaşlı futbolçu bu təklifi 5 il sonra yaşının çox olacağı ilə əlaqələndirib: "Komandam mənə 5 illik müqavilə təklif etdi, amma mən bundan sonra daha 3 il oynamaq istədiyimi bildirdim".

Karyerasını "Fiorentina"da tamamlamaq istəyən Mutu futboldan erkən gedəcəyi barədə yayılan xəbərlərin də yalan olduğunu vurğulayıb: "9 aylıq cəza almağıma və "Çelsi" ilə yaşadığım o qədər problemə baxmayaraq, bir saniyə belə dayanmağı ağlımdan keçirməmişəm".