“Bunu “Neftçi”yə sübut etmək üçün yaxşı oynamalıyıq”
11.12.2010 - 01:06
“Bunu “Neftçi”yə sübut etmək üçün yaxşı oynamalıyıq”
“Bu 3 xalı əldən verə bilmərik”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Leonardo Roşa deyib.

Paytaxtın eyniadlı komandası bu gün Unibank Premyer Liqasının XVII turu çərçivəsində lider “Neftçi” ilə qarşılaşacaq. Braziliyalı hücumçu bildirib ki, liderlə qarşılaşmada ancaq qələbə haqda fikirləşirlər: “Meydançaya çıxıb, ancaq qələbə haqqında düşünməliyik. Rəqib çox güclüdür, çempionatın əsas favoritlərindən biri sayılır. Biz də asan yem deyilik. Bunu onlara isbat etmək üçün yaxşı futbol oynamalıyıq”.