Fabio Luis Ramim: Qələbə qazanmalıyıq
11.12.2010 - 01:11
“Demək olmaz ki, biz zəif oynayırıq. Çoxlu qol vəziyyətləri yaradırıq, imkanları layiqincə qiymətləndiririk. Bəziləri deyir ki, komandamız indi zəifdir. Bununla razılaşmıram”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Fabio Luis Ramim deyib.
Braziliyalı futbolçu bu gün “Neftçi” ilə keçiriləcək qarşılaşma barədə fikirlərini bildirib. Onun sözlərinə görə, formasını geyindiyi komandanı məğlub etmək asan deyil: “Bakı” böyük komandadır. Son 2 ildə biz qızıl və gümüş medallar, Azərbaycan kubokunu qazanmışıq. Biz axırıncı yerdə olsaq belə, rəqiblərimiz bilir və yaxşı başa düşür ki, “Bakı”nı məğlub etmək heç də asan deyil. Biz buna yol verməyəcəyik. Rəqibimiz Azərbaycanın iddialı klublarından biridir. Onlar hazırda yüksəliş dövrlərini yaşayırlar. Buna baxmayaraq, var gücümüzü ortaya qoyub, qələbə qazanmalıyıq”.

0
0