“Beşiktaş” Rəşad Sadıqovun komandasından ağır zərbə aldı
11.12.2010 - 10:39
“Beşiktaş” klubu Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun oynadığı “Əskişəhərspor” komandasından ağır zərbə alıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin avrokubokların cari mövsümündə qalan yeganə təmsilçisi Superliqanın XVI turunun açılış oyununda Əskişəhərdə 0:2 hesabı ilə uduzub. Zədədən sonra hələ tam hazır olmayan Rəşadın kənardan izlədiyi oyunda fasiləyədək hesab açılmayıb. İlk hissədə ən diqqəti çəkən məqam “Beşiktaş”ın ispaniyalı ulduzu Qutinin 39-cu dəqiqədə hakimin qərarına etirazına görə ikinci sarı vərəqə alaraq, meydandan qovulması olub.
“Əskişəhərspor” bu say üstünlüyündən ikinci hissədə maksimum istifadə edib. 61-ci dəqiqədə Veysəl Sarı, bundan 17 dəqiqə sonra Sezer Öztürk topu qapıdan keçirib. Bununla da Sadıqovun komandası xallarının sayını 19-a çatdıraraq, 11-ci pilləyə yüksəlib. Avroliqanın 1/16 finalına çıxan “Beşiktaş” isə qələbə seriyasını 3-ə çatdıra bilməyib və 27 xalla Superliqada 5-ci yerdədir.

0
0