“İnter” “Birlik kuboku”na Antalyada hazırlaşacaq
13.12.2010 - 14:35
“İnter” “Birlik kuboku”na Antalyada hazırlaşacaq
“İnter” ölkəmizi təmsil edəcəyi “Birlik kuboku”na Türkiyədə hazırlaşacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son çempionumuz bu məqsədlə gələn ilin yanvarın 3-də Antalyada təlim-məşq toplanışına başlayacaq.

Bu il son oyununu Premyer Liqanın XIX turu çərçivəsində dekabrın 23-də evdə “Gəncə” ilə keçirəcək “İnter” bundan sonra qısa müddətə istirahətə buraxılacaq. 11 gün sonra Antalyada toplaşacaq “bankirlər” orada 4 yoxlama matçı keçirməyi planlaşdırır. Yanvarın 7-si, 9-u, 11-i, 12-ə planlaşdırılan həmin oyunlarda rəqiblər hələ dəqiqləşməyib.

Qeyd edək ki, “İnter” turnirin keçiriləcəyi Rusiyanın Sank-Peterburq şəhərinə yanvarın 13-də yollanacaq.