Adrian Kristea: “Xəzər Lənkəran”dan işarə gözləyirəm
13.12.2010 - 15:19
Adrian Kristea: “Xəzər Lənkəran”dan işarə gözləyirəm
“Mən yalnız və yalnız ölkə xaricində oynamaq istəyirəm. Rumıniya klubları mənə dəvət göndərməsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo” klubunun futbolçusu Adrian Kristea deyib.

Timişoara “Politexnika”sından aldığı təklifi rədd edən 27 yaşlı hücumameylli cinah yarımmüdafiəçisi karyerasını Azərbaycanda davam etdirmək arzusundadır: “Yerli komandaların təklifləri məni maraqlandırmır. “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikdən işarə gözləyirəm. Gələn ilin yanvarında harada oynayacağım dəqiqləşəcək”.

Qeyd edək ki, Adrianın adı neçə aydır “Xəzər Lənkəran”la yanaşı hallanır.