Tailand yığması Tıq-tıq xanıma yaxınlaşdı
13.12.2010 - 15:49
Tailand yığması Tıq-tıq xanıma yaxınlaşdı
16 yaşadək qızlar arasında Asiya çempionatının seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, final mərhələsi gələn il baş tutacaq qitə birinciliyinə yeganə vəsiqəni Tailand futbolçuları qazanıblar.

Cənub-şərqi asiyalılar bununla da 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatına 1 addım da yaxınlaşıblar. Bu, Asiya çempionatı mundiala seçim xarakteri daşıması ilə bağlıdır.

Belə ki, qitə birinciliyində mübarizə aparacaq 6 komanda Azərbaycana 3 vəsiqənin sahiblərini müəyyənləşdirəcək. Asiyanın ən yaxşısı adı uğrunda isə tailandlılarla yanaşı, Cənubi Koreya, KXDR, Yaponiya, Avstraliya və Çin yığmaları yarışacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda keçiriləcək mundialın talismanı ilə bağlı seçimlər aparılır. Apasport.az saytının təklifi olan Tıq-tıq xanım bu seçmələrin əsas favoritidir.