Yameoqo və Nasimov
18.12.2010 - 00:01
“Neftçi” klubunun özbəkistanlı hücumçusu Bahodir Nasimov Azərbaycan futbol tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, 23 yaşlı legioner qitə çempionatının final mərhələsində futbolumuzu təmsil edən ikinci oyunçu olacaq.
Bahodir bunu gələn ilin yanvarında Qətərdə keçiriləcək Asiya çempionatında Özbəkistan yığmasının 23 nəfərlik iştirak ərizəsinə düşməklə gerçəkləşdirəcək.
Bununla, “Neftçi” Salyanın “Muğan” klubunun rekordunu təkrarlayacaq. Çünki ölkəmizi təmsil edən ilk futbolçu “Muğan”dan Narsis Yameoqo olub. Ötən mövsüm Salyan klubunda oynayan 30 yaşlı yarımmüdafiəçi Burkina-Faso millisinin heyətində bu il Afrika Millətlər Kubokunun final mərhələsində çıxış edib.
Narsis yanvarda yığmadan dəvət almaqla, Anqolada keçirilən qitə birinciliyinin 23 nəfərlik iştirak ərizəsində yer almışdı. O, Didye Droqbanın kapitanı olduğu Kot D’İvuar, Toqo və Qana yığması ilə eyni qrupda mübarizə aparmışdı. Ancaq yığmadan qayıdandan sonra zəif oynayan, nəticədə əsas heyətdə yerini itirən Yameoqo mövsüm bitəndə “Muğan”dan kənarlaşdırıldı.
Mehman SÜLEYMANOV

0
0