İlya Kandelaki: Hələ “Birlik kuboku” barədə düşünməmişəm
18.12.2010 - 10:38
İlya Kandelaki: Hələ “Birlik kuboku” barədə düşünməmişəm
Bakının “İnter” komandasının müdafiəçisi İlya Kandelaki klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı legioner Unibank Premyer Liqasının “Bakı” ilə bugünkü matçı haqda fikirlərini açıqlayıb.

- Komandanı “Bakı” ilə, “altılığa” düşmək üçün fəal çalışan komanda ilə qarşılaşma gözləyir...
- Bizi çoxsaylı mübarizə olacaq ağır oyun gözləyir. Rəqib güclü komandadır və evdə oynayacaq, bundan da istifadə etməyə çalışacaq. Bununla belə, biz qalib gəlmək və mövqeyimizi möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.

- Son zamanlar komanda bəzi çətinliklərlə qarşılaşır ki, bu da onun nəticələrinə təsir göstərir...
- Mən bunu bizi təqib edən uğursuzluqla əlaqələndirirəm. Axı, bu oyunlarda biz, ümumilikdə, kifayət qədər pis oynamadıq. Qol vəziyyətləri yaratdıq, üstünlüyə malik olduq.

- Qiymətli xalların itirilməsi “İnter”i turnir cədvəlində 5-ci yerə saldı...
- Təəssüf, amma bu belədir. Hər halda biz mütləq “altılıq”da olacağıq. Bununla bağlı tərəddüd etmirəm. Oraya düşdükdən sonra yalnız artırmaq lazımdır, o zaman yüksək yerlərə ümid edə bilərik.

- Artıq “Birlik Kuboku”nun püşkatma mərasimi keçirilib. “İnter”lə qarşılaşacaq rəqiblər barədə nə deyə bilərsiniz?
- Doğrusu, bu barədə heç düşünməmişəm. Ona görə ki, çempionatda bizim hələ iki qarşılaşmamız var və mən diqqətimi həmin matçlar üzərində cəmləşdirmişəm. “Birlik kuboku” haqqında birincilik uğrunda matçların başa çatmasındna sonra düşünəcəyəm.