Dünya çempionatı Ərəbistanla vidalaşır
18.12.2010 - 11:06
Dünya çempionatı Ərəbistanla vidalaşır
Hazırda BƏƏ-də keçirilən klublararası dünya çempionatı Ərəbistan yarımadası ilə vidalaşır. Apasport.az saytının məlumatına görə, növbəti 2 ildə bu turnir Yaponiyada keçiriləcək. BƏƏ futbol federasiyası planetin ən güclü klublarını bir də 2013-də qəbul edəcək. Bu addımın atılmasına səbəb bu müddətdə digər məsul yarışlara ev sahibliyi etmək arzusu ilə bağlıdır.

Qeyd edək ki, mundial BƏƏ-yə qədər də Yaponiyada keçirilib. Belə ki, ilk dəfə 2000-ci ildə Braziliyada baş tutan dünya çempionatı sonradan 4 dəfə (2005, 2006, 2007 və 2008) “Gündoğar ğlkə”də baş tutub. Ərəblər isə yalnız 2-ci dəfədir yarışa təşkilatçılıq edir.