AFFA-nın seçimi: Ən yaxşılar kimdir?
20.12.2010 - 14:08
AFFA Azərbaycan milli komandalarının ən yaxşı oyunçularını mükafatlandıracaq. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək mərasim “Landmark”ın “Rotunda” zalında baş tutacaq. Saat 12:30-da başlayacaq mərasimdə AFFA ilə Paşa Sığorta arasında əməkdaşlıq müqaviləsinin imzalanması da gerçəkləşəcək.
Qeyd edək ki, ilk dəfə belə tədbir ötən il keçirilmişdi. Həmin vaxt yığmanın ən yaxşı oyunçusu Vaqif Cavadov, qapıçısı Kamran Ağayev seçilmişdi. Qadın yığmasında Ana Ələkbərova, futzal millimizdə Rizvan Fərzəliyev, çimərlik yığmasında Elvin Quliyev mükafatlandırılmışdı.

0
0