Bakı MOİK-i dağıldı
20.12.2010 - 21:59
Bakı MOİK-i dağıldı
Premyer Liqanın aşkar autsayderi MOİK dağılmaq üzrədi. Apasport.az saytının xəbərinə görə, “hərbçilər”in artıq növbəti mövsümdən çempionatda iştirak etməyəcəyi gözlənilir. Amma hələ ki, “tufan” əvəzedici komandanı ağuşuna alıb.

Kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, bu gün “hərbçilər”in rəhbərliyi əvəzedici komandanın dağıdılması ilə bağlı qərar verib və məşqə gələn futbolçulara məşqə çıxmadan evlərinə getmək məsləhət görülüb. Nəticədə əvəzedici komandanın bugünkü məşqi baş tutmayıb. Futbolçulara bildirilib ki, lazım gəlsə, yeni ildə onların bəzilərinə zəng ediləcək və yenidən komandaya çağırılacaqlar.

Hələlik isə MOİK-in əsas komandasında oynayanlar əvəzedici komanda üçün də tər tökməli olacaqlar. MOİK-in Premyer Liqanın ən kasıb klubu olduğunu, futbolçuların qəpik-quruşa oynadığını çoxları bilir.

Mənbə: korner.az