PROQNOZ: 2011-ci ildə futbolumuz varlanacaq!
30.12.2010 - 14:31
Azərbaycan futbolunu qarşıdan gələn 2011-ci ildə nəyin gözlədiyi maraq doğurur. Apasport.az saytının məlumatına görə, ulduz falı ilə müəyyən proqnozlar vermək olar.
Məlum olduğu kimi, futbolumuz 1911-ci ildə yaranıb. Bu isə o deməkdir ki, gələn il doğumunun 100-cü ilini qeyd edəcək “səbəbkar” Qaban ilində anadan olub. Bəs görəsən, Qabanı Dovşan ilində nə gözləyir?
Apasport.az-ın araşdırmalarına əsasən, 2011-ci ildə Qabanlar ciddi problem yaşamayacaq. Bu isə o deməkdir ki, futbolumuz da ili yüksək səviyyədə, büdrəmədən keçəcək. Əsas diqqət yenə futbolumuzun ürəyinə - yığmaya yönələcək.
Azərbaycan futbolu üçün 2011-ci il ikimənalı vəziyyətlərlə, yəni seçim edilməli olan yol ayrıcları ilə zəngin olacaq. Belə situasiyalarda düzgün seçim edib, hansı səmtə getmək isə AFFA-nın üzərinə düşür.
Lakin ümumilikdə il uğurlu olacaq. Çünki Qabanlar əvvəlki illərdən qalan bütün işləri Dovşan ilində tənzimləyəcək. Üstəlik, maddi vəziyyətini daha da yaxşılaşdıracaq. Bu isə futbolumuza yeni pul axını vəd edir. Lakin pulların artdığı yerdə xoşagəlməz hadisələr də yaşana bilər. Bunun üçün futbol təsərrüfatının rəhbərləri çox ehtiyatlı olmalıdır ki, Dovşanın torbasından “donuz başı” çıxmasın.

0
0