“Bakı” 20 yanvarda oynayacaq
30.12.2010 - 18:34
“Bakı” 20 yanvarda oynayacaq
“Bakı” klubunun Türkiyədəki təlim-məşq toplanışında qarşılaşacağı rəqiblərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, Vinfred Şaferin yetirmələri Antalya hazırlıqları zamanı 4 matçda qüvvəsini sınayacaq.

Yanvarın 20-də Avstriyanın “Kapfenberq” klubu ilə görüşəcək təmsilçimiz 5 gün sonra Ukraynanın “Metallurq” (Zaporojye), ayın son günündə isə Rumıniyanın “Kluj” komandası ilə görüşəcək. Bakılıların son sınaqçı rəqibi isə hələ dəqiqləşməyib. Bu ya Rumıniya, ya da Ukrayna komandası olacaq.