“İnter”in “Birlik kuboku”nda oyunlarına necə baxmaq olar?
04.01.2011 - 16:48
“İnter”in “Birlik kuboku”nda oyunlarına necə baxmaq olar?
Son Azərbaycan çempionu “İnter”in “Birlik kuboku” turnirinin qrup mərhələsində son oyunu yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Rusiyanın tanınan “Mir” telekanalı yanvarın 15-dən 23-dək Sankt-Peterburq şəhərində keçiriləcək yarışın bir sıra oyunlarını göstərəcək. Bunlar arasında bakılıların yanvarın 18-də Moldovanın “İskra-Stal” klubu ilə görüşü də var. Ancaq oyun canlı yayımla yox, gecə 01:05-də videoyazı ilə göstəriləcək.

“Mir” turnirin hər iki yarımfinal oyununu, habelə final görüşünü də göstərəcək. Bundan əlavə, həmin kanalda “Birlik kuboku”nun gündəliyi” adlı proqram efirə gedəcək və onunla da çempionumuzun oyunlarını görmək mümkündür.

Qeyd edək ki, “İnter” turnirdə ilk oyununu yanvarın 15-də Qırğızıstanın “Neftçi”, 16-da Tacikistanın “İstiqlal” klubu ilə keçirəcək.