Vinfred Şafer həsrətlə getdi
06.01.2011 - 00:02
“Bakı” klubunun almaniyalı baş məşqçisi Vinfred Şaferin bu postdakı fəaliyyəti qısa müddətli olub. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis təxminən 7 ay rəhbərlik etdiyi komandanı cəmi 22 oyuna çıxara bildi.
Cəmi 9 qələbəyə sevinən çalışdırıcının 10-cu, yubiley qələbə həsrəti bitməmiş, klub rəhbərliyi onunla yollarını ayırıb.
Əslində, Şafer 10 dəfə qələbə sevinci yaşasa da, onlardan biri sonradan ləğv olunaraq, texniki məğlubiyyətlə əvəzlənmişdi.
* - texniki məğlubiyyət top fərqində nəzərə alınıb.
Qeyd edək ki, Şafer bu mövsüm Unibank Premyer Liqada istefaya göndərilən 4-cü baş məşqçidir. Ona qədər “Turan” Sakit Alıyev və Revaz Dzodzuaşvilini, “Muğan” isə Almir Hurtiçi vəzifəsindən azad etmişdi.

Çempionat | 19 | 8 | 4 | 7 | 26-20 | 28 |
Kubok | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
Avroliqa | 2 | 1 | 0 | 1 | 2-4* | 3 |
Cəmi | 22 | 9 | 5 | 8 | 29-25 | 32 |

0
0