Su Mao Çjen: Azərbaycanla oyuna xüsusi hazırlaşmışdıq
07.01.2011 - 17:56
“Bu oyuna xüsusi hazırlaşmışdıq. Azərbaycan yığmasının Ukrayna və Belarus komandaları ilə keçirdiyi oyunların videoyazısına baxmışdıq. Rəqibimizin hazırlığını yüksək qiymətləndiririk”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Çin yığmasının baş məşqçisi Su Mao Çjen deyib.
Bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Çin və Azərbaycan yığmaları qarşılaşıblar. Matç 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Oyundan sonra asiyalı mütəxəssis deyib ki, Vəli Qasımovun yetirmələri öz oyunlarını nümayiş etdirə bilməyiblər: “Oyunun ilk 20 dəqiqəsində biz güclü təzyiq altında oynadıq. Yalnız birinci hissənin ortalarında öz oyunumuzu tapa bildik. Sadəcə, bu gün Azərbaycan yığması istədiyi oyunu tam nümayiş etdirə bilmədi”.
Mənbə: affa.az

0
0