Tağızadə hamıdan yaxşı oldu
07.01.2011 - 18:25
Tağızadə hamıdan yaxşı oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin qrup mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamızın Çinlə oyununda ən yaxşı futbolçusunun adı məlum olub.

Belə ki, təşkilatçılar asiyalıların 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə hər komandanın ən yaxşısını seçiblər. Komandamızın heyətində Ruslan Tağızadə fərqləndirilib.