Azərbaycan milli komandası FİFA reytinqində irəlilədi
12.01.2011 - 13:26
FİFA 2011-ci ildə milli komandaların ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İspaniya yığması 1887 xalla siyahının ilk pilləsində qərarlaşıb. Hollandiya yığması 1723 xalla II, Almaniya 1485 xalla III pillədə qərarlaşıb.
Azərbaycan milli komandası bu dəfəki siyahıda 343 xalla 97-ci pillədə qərarlaşıb. Berti Foqtsun yetirmələri ötən ayla müqayisədə 1 pillə irəliləyiblər.
Dünyanın III komandası olan Bundestimlə yanaşı Avro-2012-nin seçmə mərhələsində yığmamızın rəqibləri olan komandaların da mövqeyində ciddi dəyişiklik olmayıb. Türkiyə 741 xalla 31-ci, Avstriya 569 xalla 46-cı, Belçika 526 xalla 58-ci, Qazaxıstan isə 161 xalla 137-ci yerdə qərarlaşıb. Rəqiblərimizdən yalnız ikisi mövqeyini dəyişib. Avstriyalılar 1 pillə geri, qazaxlar isə irəli addım atıblar.
Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 2-də açıqlanacaq.

0
0