“Real”da oynamaq niyyətində deyiləm”
12.01.2011 - 14:04
“Real”da məşq etməyim formamı itirməmək məqsədi daşıyır. Fiziki cəhətdən hazırlıqlı qalmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” klubunun transferə çıxardığı futbolçusu Alan Lalin deyib.
Hazırda vətənində olan honduraslı hücumçu əvvəllər də şərəfini qoruduğu “Real”ın düşərgəsindədir. Lalin orada məşq etməsinə baxmayaraq ölkə xaricində çıxış etmək istəyir: “Xəzər Lənkəran”la hələ 1 illik müqaviləm qalıb. Lakin baş məşqçimiz Mirça Rednik planlarına uyğun gəlmədiyini dedi. Mən bu mövsüm 2 qol vurub 8 məhsuldar ötürmə etmişdim. “Real”da oynamaq niyyətində deyiləm. Mən həmişə xaricdə oynamağa üstünlük vermişəm. İndi agentimi gözləyirəm ki, xarici klublardan birinə keçidimi həll etsin”.

0
0