“Neftçi”nin legionerinin qayıdışı uzun çəkəcək
12.01.2011 - 15:01
“Neftçi”nin legionerinin qayıdışı uzun çəkəcək
Bakının “Neftçi” klubunun braziliyalı futbolçusu Alessandro Vyana da Silvanın qayıdışı uzun çəkəcək. Apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, “Gəncə” ilə kubok oyununda ağır zədələnən sol cinah müdafiəçisinin Premyer Liqamızın ilkin mərhələsinin qalan üç turunu də buraxacağı gözlənilir. Alessandronun yaşıl meydana dönüşünün daha tez olacağı gözlənilsə də, o, ən yaxşı halda, 2 ay sonra məşqlərə başlayacaq. Belə olan halda, braziliyalı “altılığ”ın əvvəlində də komandaya kömək edə bilməyəcək.

Da Silva “Neftçi” ilə birgə Türkiyəyə gəlsə də, hazırlıqda iştirak etmir. O, Antalyada tibbi mərkəzdə gündə 2 dəfə müalicəsini davam etdirir. Alessandro kimi ötən yay gələn, flaqmanın əsas heyətində möhkəmlənən sol cinah yarımmüdafiəçisi Flavinyo da ciddi zədə üzündən qrup halında çalışmasa da, Türkiyədəki 2-ci hazırlıq mərhələsində komandanın hazırlığına qatılacaq.

Mehman SÜLEYMANOV