Azərbaycan çempionu üçün yenilənən rəqib
12.01.2011 - 16:59
Azərbaycan çempionu üçün yenilənən rəqib
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik kuboku” turnirində Azərbaycan çempionu Bakının “İnter” klubunun rəqibi olan Moldova təmsilçisi “İskra-Stal” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümünün ilk yarısı bitən kimi islahatlara məruz qalan Rıbnitsa təmsilçisi yarışa yenilənmiş heyətlə yollanacaq.

2010-cu ilin məşqçisi seçilən Vlad Qoyan “İskra-Stal”dan “Tiraspol”a keçdikdən sonra onun sələfi olduğu Yuri Blonar Rıbnitsaya üz tutub. “Sevastopol”dan dəvət olunan Valeri Çalıy məsləhətçi məşqçi olmaqla yanaşı seleksiya işinə də girişib. Onun özü ilə gətirdiyi Aleksandr Suçu və Sergey Çebotaryov yenilənən “İskra-Stal”a əlavə güc qatıb. Yerli “Rapid” klubundan icarəyə götürülən Eduard Valuts və Maksim Çebotarın gəlişi də itkiləri aradan qaldırmağa xidmət edir.

Qapıçı Artyom Qaydukeviçlə hücumçu Maksim Mixalyevin “Daçiya”ya keçməsindən Aleksandr Feşenko və Oleq Jurko ilə müqavilələr artırılmadığından sonra Vitali Bulatın da icarə müddəti başa çatıb.

Qeyd edək ki, “İskra-Stal” “Birlik kuboku”na hazırlıq məqsədilə 2 yoldaşlıq oyunu keçirib. Rıbnitsalılar “Rapid”i 4:2 hesabı ilə məğlub edib “Kostulenami” ilə qolsuz heç-heçə edib - 0:0.