“Qarabağ”da iki çempion
12.01.2011 - 17:28
“Qarabağ”da iki çempion
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, hələlik fiziki hazırlıqlara üstünlük verən Qurban Qurbanovun yetirmələri 2 qrupa bölünərək testdən keçiblər. Oyunçular müəyyənləşdirilmiş 200 metrlik məsafəyə siqnala qədər çatmalı və tempi davam etdirməli idilər. Testin nəticələrinə görə hər qrupun fərqlənənləri olub. Belə ki, ən çox qaçan Samir Abasov və Rəşad Sadiqov bu yarışmada “çempion” olublar.