Qurbanov “Qəbələ”də
12.01.2011 - 17:36
Qurbanov “Qəbələ”də
Digər klublarımızdan fərqli olaraq hazırlığa start verməyən “Qəbələ” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Qəbələ təmsilçisi 1 yerli futbolçunun transferini həll edib.

Belə ki, mövsümün ilk yarısında MOİK-də çıxış edən Nuran Qurbanovu bundan sonra Toni Adamsın rəhbərliyi altında oynayacaq. Gənc futbolçu qarşıdakı 2,5 ildə “Qəbələ”nin uğurları üçün tər tökəcək.

Qeyd edək ki, Nuran 18 yaşı olmasına baxmayaraq artıq Premyer Liqada 25 oyun keçirərək 2 qol vurub.