Yığmamızın qızları MOİK-in oğlanlarını məğlub etdilər
12.01.2011 - 19:10
Yığmamızın qızları MOİK-in oğlanlarını məğlub etdilər
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri MOİK-in nəzdindəki 1997-1998-ci il təvəllüdlü oğlanlardan ibarət komanda ilə qarşılaşıb.

Şağan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş 7:0 hesabı ilə yığmanın xeyrinə başa çatıb. Şəfəq Nəsirovanın 4 qol vurduğu oyunda Olya Şioşvili, Aliyə Vəliyeva və Suğra Xəlilova hərəyə bir dəfə fərqləniblər.

Xatırladaq ki, U-17 bundan öncə Nizami rayon Uşaq Gənclər İdman Məktəbinin 1997-1998-ci il təvəllüdlü oğlanlardan ibarət yığmasına 0:2 hesabı ilə uduzmuşdu.

Mənbə: affa.az