Xavi dünyanın ən yaxşı pleymeykeridir
13.01.2011 - 10:39
Xavi dünyanın ən yaxşı pleymeykeridir
Dünyanın ən yaxşı pleymeykerinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin ən güclü oyun qurucularının siyahısını açıqlayıb. Qurumun dünya ölkələrində olan nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən İspaniya milli komandasının və “Barselona” klubunun yarımmüdafiəçisi Xavi hamıdan yaxşı olub. O, 223 xalla izləyicilərini xeyli qabaqlaya bilib.

İkinci pillədə də İspaniya yığması və “Barselona”nın futbolçusu qərarlaşıb. Belə ki, Andres İnyesta cəmi 148 xal toplayıb. Hollandiya millisinin və İtaliya “İnter”inin üzvü Uesli Sneyder isə 128 xalla 3-cü olub. “Qızıl top”a layiq görülən argentinalı Lionel Messi isə dünya çempionatının finalında oynamış ulduaların kölgəsində qalıb. “Barselona”lı oyunçu 111 xalla 4-cü olub.

İlk “onluq”da sonrakı yerləri Məsud Özil, Dieqo Forlan, Kriştiano Ronaldo, Bastian Şvaynştayger, Sesk Fabreqas və Aryen Robben tutublar. Ümumilikdə siyahıda 18 futbolçu yer alıb.