Apasport.az milli komandamıza yeni futbolçu qazandırır
13.01.2011 - 15:00
Almaniyanın 4-cü Bundesliqasında oynayan futbolçu Uğur Pamukun azərbaycanlı jurnalistlərə müsahibəsi əks-səda doğurub. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, “Neftçi” ilə birgə “Titanik” otelində qalan “TUS Dornberq” klubunun 22 yaşlı yarımmüdafiəçisi milli komandamızın maraq dairəsinə düşüb. Bu, Uğurla dünən saytımızda çıxan müsahibədən az sonra reallaşıb. Uzun müddətdir Almaniyada yaşayan futbolçu müsahibəsi ilə tanış olan rəsmilərin diqqət mərkəzinə düşüb.
Türkiyə vətəndaşı olsa da, əslən Azərbaycandan olan Pamuk bizə millimizdə oynamaqla bağlı dəvət gələrsə, bunu qəbul edəcəyini bildirmişdi. Onunla müsahibəmizdən az sonra Uğurun atası Fazil bəylə oteldə rastlaşdığımız zamanı onunla Azərbaycandan maraqlandıqlarını öyrəndik. Futbolçu bizə açıqlamasında bunu təsdiqlədi: “Mənə burada bir nəfər yaxınlaşdı. Deyəsən, “Neftçi”nin nümayəndəsi idi. Mənə milli komandamızla bağlı Azərbaycandan maraqlandıqlarını söylədi. Deyilənə görə, buradakı oyunumu məşqçi izləyəcək. Mənə İslam Abbasovun telefon nömrəsini verdilər. Dedilər ki, AFFA-da, milli komandada çalışır. Onunla əlaqəmiz olmalıdır. Bildiyimizə görə, Azərbaycan yığmasının qarşıda Dubayda toplanışı var. Ola bilsin ki, orada məni yoxladılar. Bu imkanı qazansam, çox sevinərəm”.
Məlum olduğu kimi, AFFA xaricdə yaşayan soydaşlarımızın millimizə cəlb olunmasında maraqlı olduğundan, bununla bağlı rəsmi müraciət edib. Biz də bu işdə bir vətəndaşlıq borcu olaraq, hər hansı fayda verməyimizdən məmnunluq duyuruq. Milli komandamızın baş inzibatçısı olan İslam Abbasova zəng etdikdə onun Uğurun məsələsindən xəbərdar olduğunu bildik. Uğur Almaniya telefon nömrəsinin Türkiyədə bağlı olduğundan, ona zəng çatmadığını dedi. Bəndəniziniz Abbasova Pamukla eyni mərtəbədə qaldığımızı, əlaqə saxlamaqda yardımçı ola bildiyini dedi. O, lazım olarsa, Uğurla danışacaqlarını söylədi.
Təbii ki, bu məsələdə əsas söz sahibi milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsdur. Hər halda, ona vətənində yaşayan, almanca sərbəst danışan əslən Azərbaycandan olan futbolçunu yoxlamağı təklif etdikdə, bunu qəbul edər.
Mehman SÜLEYMANOV

0
0