“Barselona”: Bu da sizin üçün rekord
13.01.2011 - 15:31
İspaniyanın “Barselona” klubu öz tarixinin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi ölkə kubokunun “Betis”lə qarşılaşmasında 5:0 hesabı ilə qalib gəlməklə məğlubiyyətsiz oyunlar seriyasını 27-yə çatdırıb.
Bununla da Xosep Qvardiolanın yetirmələri “Barselona” tarixinin rekordunu təkrarlamağa müvəffəq olublar. Belə ki, kataloniyalılar yalnız 1 dəfə - 1973/74 mövsümündə belə uğurlu seriyaya imza atmışdı. Həmin vaxt komandaya əfsanəvi Rinus Mixels rəhbərlik edirdi.
Qvardiolanın rəhbərliyi altında isə ən uzun məğlubiyyətsizlik 20 oyunu əhatə edib. Bundan başqa daha bir – 16 matçlıq seriya gənc mütəxəssisin hesabındadır.

0
0