AZAL “Volın”la qarşılaşacaq
13.01.2011 - 16:04
AZAL “Volın”la qarşılaşacaq
Bakının AZAL klubunun Antalya toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunları üçün rəqiblərinin tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Nazim Süleymanovun yetirmələri hazırlıq zamanı 4 komanda ilə gücünü yoxlayacaqlar.

Belə ki, ilk görüşlərini yanvarın 21-də Ukraynanın “Zarya” klubuna qarşı keçirəcək AZAL 3 gün sonra Qazaxıstanın “Vostok” (Ustkamenoqorsk) komandasını sınağa çəkəcək. Paytaxt klubu yanvarın 27-də Ukraynanın daha bir təmsilçisi - “Volın”la qüvvəsini sınayacaq. AZAL sonuncu oyunda isə Moldovanın güclülər dəstəsində çıxış edən “Milsami” ilə üz-üzə gələcək.

Qeyd edək ki, oyunların hamısı “Titanik” otelinin meydançasında keçiriləcək.