Dortmund “Borussiya”sından Berti Foqtsa hədiyyə
14.01.2011 - 12:57
Bu gün Almaniya çempionatının 2-ci dövrəsi start götürür. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız Bundesliqanın 2-cı yarısı ərəfəsində qarşıdakı turlarla bağlı proqnoz cədvəli hazırlayıb. Onlar qarşıdakı 17 turun hər birində nə baş verəcəyi ilə bağlı iddialarını ortaya qoyublar.
Almanlar proqnozlaşdırır ki, 20-ci tur baş məşqçi istefası ilə əlamətdar olacaq. Bu, “Volfsburq” klubunda gerçəkləşəcək. Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovu bəyənərək Hollandiya “Tvente”sinə transfer etdirən, sonradan isə onu ehtiyatda saxlayıb çempion olduqdan sonra Almaniyaya yollanan Stiv Maklaren yanvarın 29-da yeni klubundan ayrılacaq.
Buna “Volfsburq”un evdə Dortmund təmsilçisi “Borussiya” ilə qarşılaşması səbəb olacaq. Öz meydanındakı məğlubiyyətdən sonra Maklaren vəzifəsindən qovulacaq. Liderlə oyundakı yenilgini qaçılmaz sayan həmkarlarımız yeni baş məşqçinin də adını açıqlayıb.
Almaniya mətbuatına inansaq yanvarın 29-dakı məğlubiyyətdən sonra “Volfsburq”un baş məşqçi postu Berti Foqtsa tapşırılacaq. Azərbaycan milli komandasının çalışdırıcısını “cavanavarlar”ın başında görən həmkarlarımız onun köməkçilərini də müəyyənləşdirib. Belə ki, Foqtsa yeni vəzifəsində Diter Aylts, Günter Herman, Kristian Vörns və Uli Borovkanın kömək edəcəyi iddia olunur.

0
0