“Neftçi” və “Qarabağ”lılar üçün “Deepo”da xoş təsadüf
16.01.2011 - 01:50
“Neftçi” və “Qarabağ” klublarının üzvləri Türkiyədə qarşılaşdılar. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bütün milli çempionatlarımızda iştirak edən komandaların futbolçuları təlim-məşq toplanışı keçdikləri şəhərin “Deepo” ticarət mərkəzində görüşdülər. Dünən hər iki komanda bir məşq etdi və futbolçular səhər çalışmasından sonra dincəlmək, şəhəri gəzmək, alış-veriş etmək imkanı qazandılar. Onlar adıçəkilən məkanda xoş təsadüf nəticəsində üzləşdilər.
Gəzdiyimiz ticarət mərkəzində “Qarabağ”ın futbolçularından Fərhad Vəliyev, Zaur Həşimov, Maksim Medvedev, Rəşad Sadiqov, Ayxan Abbasovla rastlaşdıq. Onlar “Neftçi”dəki həmkarları ilə ayaqüstü də olsa söhbətləşmək fürsəti qazandılar. Axşamüstü, alış-veriş bitəndən sonra isə komandalar qaldıqları otellərə - “Neftçi” “Titanik”ə, “Qarabağ” “İC Santai”yə qayıtdı.
Mehman SÜLEYMANOV

- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
0
0