Ramiz Məmmədovun “Atırau”ya aparmaq istədiyi futbolçular
16.01.2011 - 17:06
Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi Ramiz Məmmədov Azərbaycandan tanıdığı 3 futbolçunu sərəncamında görmək istəyir. 43 yaşlı çalışdırıcı apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında bildirib ki, “Turan”ın və yığmamızın müdafiəçisi Vurğun Hüseynov, “Bakı”nın yarımmüdafiəçisi Bəxtiyar Soltanov və “Xəzər Lənkəran”ın qış fasiləsində transferə çıxardığı bolqar sol cinah müdafiəçisi Radomir Todorovu yeni komandasına gətirmək arzusundadır.
Todorovun meneceri hazırda Antalyadadır və onunla danışıqlar gedir. “Atırau”nun çalışdırıcısı gənc futbolçularımızın keçidi ilə bağlı yanvarın 20-dən sonra Bakıya yollanmaq fikrində olduğunu söyləyib.
Qeyd edək ki, bu futbolçulardan yalnız Vurğun Məmmədovun rəhbərliyi altında “Qəbələ” klubunda oynayıb.

- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
0
0