Ramiz Məmmədov: Bu, Allahın ona verdiyi mükafat oldu
16.01.2011 - 19:10
“Bu gün komandamın oyunundan razı qaldım. “Xəzər Lənkəran”la yoldaşlıq görüşündə bir neçə futbolçumuz baxışdan keçirdi. Onların da oyunu məni razı saldı”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Azərbaycanlı mütəxəssis bu ilin ilk günlərində sükanı arxasında keçdiyi komandada 1-ci qələbəsini vətənində dəfələrlə görüşdüyü “Xəzər Lənkəran” üzərində qazanmalı oldu – 2:1. Ancaq Məmmədov buna həmyerliləri ilə görüşdə nail olmasını qabartmır: “Mənim üçün qələbənin hansı rəqib üzərində qazanılmasının heç bir fərqi yoxdur. Bu, Azərbaycanın komandası da ola bilər, başqa ölkədən də. Əsas öz komandamın uğurudur. Biz layiqli qələbə qazandıq və azarkeşlərimizi gələcək oyunlarda da sevindirmək istəyirik”.
“Atırau”nun qələbə topu kuryoz alındı. Məmmədov qolu vuran futbolçusu Aleynikovun zəhmətini qeyd edir: “Bu, Allahın ona verdiyi mükafat oldu. Futbolçumuz əzmkarlıq göstərdi, sona kimi mübarizə apardı və rəqib qapıçının da səhvi nəticəsində istəyinə çatdı”.

0
0