Mirça Rednik: Səs-küylü transfer edəcəyik
17.01.2011 - 00:00
“Heyətimizdəki yeni futbolçuları sınamaq üçün bu qarşılaşma lazım idi. İndi komandanın ustalıq səviyyəsi təbii ki, birinci dövrədəki ilə müqayisədə daha yüksəkdir”. Bunu apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Cənub təmsilçisi Antalyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçında qüvvəsini sınadı. Həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstan “Atırau”su ilə oyunda “ağ-yaşıllar” məğlubiyyətlə üzləşdi – 1:2.
Rumıniyalı mütəxəssisin fikrincə, yeni transfer edilən yerli futbolçulardan Şəhriyar Xəlilovla Elnur Abdullayev komandaya uyğunlaşa bilərlər: “Deyə bilərəm ki, Elnur Azərbaycanda ən yaxşı yarımmüdafiəçilərdən biridir. Anar Qasımovun da istəyi var, çalışır. Amma hiss olunur ki, rəqabətə davamlı komandada oynamayıb. Əslində, Pits Adrianı öz mövqeyində oynatmadım. Həm də, biz 1 həftədir fiziki hazırlıq üzərində işləyirik. Futbolçular çox yükləniblər. Məncə, bütün bunlardan sonra nəticəyə fikir vermək lazım deyil”.
Komandanın qol vurmaqla bağlı probleminə gəlincə, Rednik bildirib ki, yaxın günlərdə heyətə daha 2 hücumçu qatılacaq: “Bu həftə komandaya daha 2 hücumçu götürəcəyik. Üstəlik, Uinston Parksı da yaddan çıxarmaq lazım deyil. Hələlik gözləmə mövqeyi tutmuşuq. Çox yaxşı hücumçular götürmək istəyirik. Artıq klubun prezidenti və vitse-prezidenti ilə də bu barədə söhbət olub. Məsələ bu həftə həllini tapmalıdır. Azərbaycan səviyyəsində səs-küylü transfer olacaq”.
“Xəzər Lənkəran”ın uduzmasında ikinci hissədə meydana çıxan Kosmin Vatkanın günahı oldu. Belə ki, rumın qolkiper qapısından kuryoz qol buraxdı. Amma Rednik buna görə narahat deyil: “O yaxşı qapıçıdır. Belə oyunlarda səhv buraxmaq olar. Əsas odur ki, bu hal çempionatda təkrarlanmasın”.

0
0