“Neftçi” gözlənilməz halla üzləşdi
17.01.2011 - 00:03
Türkiyə toplanışında olan Bakının “Neftçi” klubu dünənki hazırlığını eyni meydançada keçirdi. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının məlumatına görə, səhər məşqi komandanın qaldığı “Titanik” otelinin ərazisindəki yox, bir qədər aralıda yerləşən meydançada keçirildi.
Futbolçular adəti üzrə günün ilk yarısında fiziki hərəkətlər, ikinci yarısında isə toplu çalışmalara daha çox diqqət yetirirlər. Axşam məşqində taktiki hazırlığa fikir verən baş məşqçi Arif Əsədov futbolçuları şərti olaraq “qırmızılar” və “yaşıllar”a bölməklə, ikitərəfli oyunda sınadı. Meydançanın ortasında öz göstərişlərini verən gənc çalışdırıcı sonradan eyni mövqelər üzrə oynayanlarının komandalarını dəyişdirdi.
Ən diqqəti çəkən məqam odur ki, mərkəz müdafiəçisi olan Ruslan Abışov solda oynadılır. Yəni, zədə üzündən uzun müddətə sıradan çıxan braziliyalı Alessandro Vyana Da Silvanın qayıdışına kimi onu müdafiənin solunda məhz Ruslanın əvəzləyəcəyi gözlənilir.
Müdafiənin mərkəzində isə makedoniyalı İqor Mitreski ilə braziliyalı Denis Silva yer alır. Millimizdə dayaq yarımmüdafiəçisi kimi oynadılan Abışov öz doğma mövqeyi olan müdafiənin mərkəzindən klubunda da bir qədər aralı düşməli olacaq. Hər halda, onun solaxay olması sol cinahda işinə yarayacaq.
“Neftçi”də zədəli futbolçularla bağlı problemlər qalmaqdadır. Düzdür, gənc yarımmüdafiəçi Cavid İmamverdiyev ikitərəfli oyunda iştirak etsə də, ayağı tam sağalmadığından, axsayırdı. Elə Əsədov də bunu görərək, Cavidə oyundan çıxmağı məsləhət gördü. Ancaq Cavid problemin olmadığını deyərək, mübarizəni davam etdirmək istədi. Sadəcə, nəinki onun, komanda yoldaşlarının da oyunu davam etdirməsinə işıqların qəfil sönməsi mane oldu.
Ərazidəki bütün meydançalarda projektorlar söndüyündən, hər tərəf qaranlığa qərq oldu. Düzdür, bu çox çəkmədi və işıqlar yanan zamanı futbolçular fiziki hazırlıq üzrə türkiyəli məşqçi Mehmet Akla birgə meydançanı yüngül qaçışla dövr etməklə, məşqi bir qədər tez bitirdilər.
Digər zədəlilərdən Rəşad Abdullayevin müalicəsi davam edir. Tural Nərimanovla Araz Abdullayev isə soyuqdəymə üzündən oteldə qaldılar və Rəşad kimi məşqə aparılmadılar. “Neftçi” üçün zədəlilərlə bağlı xoş xəbər braziliyalı Flavinyonun iki aylıq fasilədən ilk dəfə toplu çalışmada iştirak etməsi oldu. Düzdür, yarımmüdafiəçi ikitərəfli oyun zamanı yüngül qaçışlar edirdi. Hər halda, Antalyadakı ikinci hazırlıq mərhələsində komanda ilə birgə hazırlaşacaq Flavinyonun qayıdışına az qalıb və legioner vətənindən gətirdiyi butslarla siftə etdi.
Mehman SÜLEYMANOV

0
0