“Bakı”da ikinci latviyalı - FOTO
17.01.2011 - 00:08
Aleksandr Starkovun “Bakı” klubunun yeni baş məşqçisi olması rəsmiləşib. Apasport.az saytının xəbərinə görə, bununla da 56 yaşlı latviyalı mütəxəssis “zolaqlılar”ın tarixində Latviyanın 2-ci təmsilçisi oldu.
Bunadək bakılıların heyətində Latviyadan yalnız futbolçu Andrey Ştolsers yer almışdı. Onunla Riqanın “Skonto” klubunda birgə elə Starkovun rəhbərliyi altında oynamış yarımmüdafiəçi Aleksandr Rexviaşvili gürcü olsa da, uzun illərdir yaşadığı Latviyanın da vətəndaşlığını daşıyır. Yəni 1974-cü il təvəllüdlü bu futbolçular Starkovun rəhbərliyi altında oynadıqlarından, ona yaxşı tanışdırlar. Andrey bu mütəxəssisin rəhbərliyi altında təkcə “Skonto”da yox, Latviya yığmasında da oynayıb, 2004-cü il Avropa çempionatının (AÇ) final mərhələsinin iştirakçısı olub.
Stolserslə Rexviaşvili “Bakı”da hərəyə 6 ay oynayıblar. Əsas odur ki, onlar komandanın tarixində ilk çempionluğunda pay sahibi olublar. Hər iki transfer komandanın sabiq baş məşqçisi Əsgər Abdulalyevin vaxtında reallaşıb. 2005-06 mövsümün ilk dövrəsində oynayan Andrey “Bakı”da UEFA kubokunda, Azərbaycan çempionatında və kubokunda qol vura bildi. Qış fasiləsində müqaviləsini uzatmayan Ştolsers getdi və onun əvəzinə “Skonto”nun digər sabiq futbolçusu gətirildi. Özü də Starkov adaşına Riqa klubunda kapitan sarğısını daşımaq etibar etmişdi.
Ancaq həm Ştolsers, həm də Rexviaşvili “Bakı”ya gələn zamanı təcrübəli mütəxəssis “Skonto”dan Moskva “Spartak”ının sükanı arxasına keçmişdi.
Rexviaşvili Abdullayevin istefaya göndərilməsindən sonra baş məşqçi postuna keçən Böyükağa Hacıyevin vaxtında əsas heyət oyunçusuna çevrilir. Ancaq çempionluqdan sonra onunla bitən müqavilənin müddəti uzadılmadığından, gedəsi oldu. Aleksandra “Bakı”da qol vurmaq nəsib olmasa da, çempionatımızın qızıl medalı payına düşdü.
“Bakı”nın heyətində Starkova qarşı oynayan iki futbolçumuz olub. Bu, yarımmüdafiəçi Mahmud Qurbanovla qış fasiləsində “Gəncə”dən qayıdan müdafiəçi, sabiq kapitan Rafael Əmirbəyovdur. Hər iki təcrübəli futbolçu 2004-cü ilin iyununda millimizin heyətində Latviya yığması ilə Riqada 2:2 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə iştirak edib. Starkovun komandasını həmin vaxt AÇ-nin final mərhələsinə məhz braziliyalı Karlos Alberto Torresin çalışdırdığı yığmamız yola salmışdı.
Qeyd edək ki, “Bakı” ötən yay baş məşqçi postuna gətirdiyi almaniyalı Vinfred Şaferlə müqaviləni qarşılıqlı razılıqla xitam verdi. Premyer Liqamızda qış fasiləsində 7-ci yerdə çıxan, ölkə kubokunda mübarizəni davam etdirən “zolaqlılar” Starkovla 2,5 illik müqavilə imzalayıb.
Mehman SÜLEYMANOV

0
0