“Bu, Azərbaycan yığmasının nə qədər güclü olmasını göstərir”
17.01.2011 - 09:33
“Azərbaycan millisinin son Avropa çempionatında dördüncü yeri tutması bu komandanın nə dərəcədə güclü olmasını göstərir”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Belarus yığmasının baş məşqçisi Valeri Dosko deyib.
O, Azərbaycan milli komandası ilə yoldaşlıq oyunundakı məğlubiyyətin səbəblərini açıqlayıb: “Bu oyunda məğlub olmağımızın əsas səbəbi meydanın mərkəzində top itkilərinə yol verməyimizdir. Azərbaycan millisi kimi bizim üçün də bu oyun hazırlıq xarakteri daşıyırdı. İndi heyət baxımından seçim dövrünü keçirik”.
Qeyd edək ki, Minskdə baş tutan matçda millimiz 5:1 hesabı ilə qalib gəlib.
Mənbə: affa.az

- Gözlənilən oldu: Qvardiola İtaliya millisinə "yox" dedi
- "Arsenal" yeni mövsüm səfər formalarını təqdim etdi - FOTO
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
0
0