AZAL son oyununu keçirdi
17.01.2011 - 10:09
Bakının AZAL komandası paytaxtda keçirilən təlim-məşq toplanışını qələbə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, Nazim Süleymanovun yetirmələri “Şəfa” stadionunda baş tutan yoxlama oyununda Zaqatalanın “Simurq” klubunu məğlub ediblər.
Belə ki, matçda hesabı Nuqzar Kvirtiya açsa da, zaqatalalılar az sonra bunun əvəzini çıxıblar. Lakin ikinci hissədə üstünlüyü tamamilə ələ alan AZAL rəqibini növbəti dəfə cəzalandırıb. Bu dəfə isə Gvidas Yuşka fərqlənib - 2:1.
Beləliklə, hazırlığın birinci mərhələsini yekunlaşdıran AZAL 2 günlük aradan sonra məşqləri Antalyada bərpa edəcək.
Qeyd edək ki, Nazim Süleymanovun yetirmələri “Simurq”dan öncə öz əvəzediciləri ilə də qarşılaşmışdı və Yuşkanın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanmışdı.

- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0