Azərbaycanlı qapıçı Türkiyədə seçilənlər sırasında
17.01.2011 - 11:44
Türkiyə çempionatının aşağı dəstəsində təcrübə böyük əhəmiyyət kəsb edir. Apasport.az saytının məlumatına görə, türkiyəli həmkarlarımız belə qənaətə gəliblər. Belə ki, I liqada çıxış edəın futbolçularla bağlı araşdırma aparan mətbuat nümayəndələri veteranların orada toplaşdığını aydınlaşdırıb. Bir 38 yaşlı futbolçunun çıxış etdiyi çempionatda eyni sayda 37, altı 36, beş 35 və on beş 34 yaşlı “qoca” var.
Azərbaycanlı futbolçu Vitali Kovalyov da bu siyahıda yer alıb. Vaxtilə gənclərdən ibarət Azərbaycan milli komandasının da şərəfini qorumuş təcrübəli qapıçını seçilənlər sırasına daxil edən türkiyəlilər Kovalyova bir neçə cümlə də həsr edib: Vitali Kovalyov (“Kartalspor”) 12 sentyabr 1977-da Azərbaycanın paytaxtı Bakıda anadan olub. 2009-cu ildə “Kartalspor”a transfer olan Kovalyov, cari mövsümün ilk dövrəsində komandasının heç bir matçında forma geyməyib.

0
0