“Lion”un yetirməsi Azərbaycan çempionatında oynaya bilər
17.01.2011 - 13:05
Bakının “Neftçi” klubunun baxışa çağırdığı Yasin Himanın kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Fransanın Lion şəhərində anadan olan Əlcəzair əsilli futbolçu milli komanda oyunçusu da olub.
Belə ki, 27 yaşlı yarımmüdafiəçi 2006-07-ci illərdə tarixi vətənindən aldığı təklifi müsbət dəyərləndirərək Əlcəzair yığmasında 2 oyun keçirib. Yasin 2006-cı il avqustun 15-də Qabonla matçda millidə debüt edib.
Yarımmüdafiəçinin klub karyerasına gəlincə isə məşhur “Lion” komandasının yetirməsi olan 2005-ci ilədək orada çıxış edib. Rəsmi matçlarda meydana çıxmayan orta sahə oyunçusu 2005/06 mövsümündə “Şatoru”da (27 oyun, 6 qol) top qovub.
2006-cı ildə “Lion”a qayıdan Yasin 2007-ci ilin fevralında oradan da İsveçrəyə üz tutub. “Arau”da (fevral-iyun 2007) 15 oyun keçirən yarımmüdafiəçi Səudiyyə Ərəbistanında “Əl-Vətəni” (2007-08) komandasında 25 oyuna 2 qol vurub. 2008-ci ildən İsveçrənin “Bellinzona” klubunda oynayan Hima 51 matçda 6 qol vurub və ötən il Belçikaya – “Eupen”ə transfer olunub.
Cari mövsüm Belçika çempionatında 5 oyun keçirən Yasin 141 dəqiqə meydanda olub. O, sonuncu dəfə ötən il oktyabrın 2-də “Kortriyk”lə qarşılaşmada meydana çıxıb. Komandasının 1:3 hesabı ilə uduzduğu görüşdə Hima 16 dəqiqə oynayıb.

0
0