Adnan Polat “Qalatasaray”dan istefa verdi
17.01.2011 - 14:51
İstanbulun “Qalatasaray” klubu prezidenti Adnan Polat tutduğu vəzifədən istefa verib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb “Qalatasaray”ın Super Liqada zəif çıxışı olub. Belə ki, o “Qalatasaray”ın yeni stadionu - “Türk Telekom Arena”nın açılış mərasimində Hollandiyanın “Ayaks” komandası ilə yoxlama görüşündə azarkeşlərin “istefa” şüarlarından bezərək tribunanı yarımçıq tərk edib. Bundan sonra Polat klub rəsmilərini 1 araya yığaraq istefa qərarını açıqlayıb. Lakin onun istefası qəbul olunmayıb və komandanın digər vəzifəli şəxslərinin təkidi ilə öz postunda qalıb.
Qeyd edək ki, 58 yaşlı Adnan Polat 2008-ci ildə “Qalatasaray”ın prezidenti seçilib.
Qeyd edək ki, 58 yaşlı Adnan Polat 2008-ci ildə “Qalatasaray”ın prezidenti seçilib.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0