Aleksandr Starkov: Yalnız tanınmış və sınanmış oyunçularla güclənəcəyik
17.01.2011 - 15:24
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov Latviya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis yeni iş yerindəki planlarını açıqlayıb.
- Təyinatla bağlı təbrik edirik...
- Çox sağ olun. Artıq köməkçim İqor Klosov da mənimlə birlikdə komandanın yanındadır. Azərbaycanda futbol inkişafdadır. Biz də buna töhfəmizi verəcəyik. Sabiq komandam “Skontyo”ya gəlincə Marian Paharın orada uğurla çalışacağını düşünürəm.
- Təyinatınızın rəsmiləşməsinə qədər olan son həftə əsəbi keçdi...
- Bu, heç də hamıya aid deyil. Klubun pərəstişkarlarında əsəbilik hökm sürürdü. Biz isə danışıqları yekunlaşdırıb məsələnin rəsmiləşməsini gözləyirdik. Heç klub rəhbərliyində də əsəbilik yox idi. Həm mənimlə, həm də Vinfred Şaferlə danışıqlar aparan rəhbərlik nəhayət məsələni yoluna qoydu.
- Gözlədiyiniz müddətdə nə işlə məşğul idiniz?
- Klubun infrastrukturu ilə tanış oldum. Oyunçular izlədim. Türkiyədə də məşqə baxdım. Bu heyətdən heç də hamısı “Bakı”da qalmayacaq. Özü də qərarı tez verməliyik. Çünki vaxtımız azdır.
- Gedənlər varsa, deməli yeni oyunçular da lazımdır?
- Hələlik sərəncamımda olan futbolçuların hamısı haqda təsəvvürüm olmalıdır. Kənardan izlədiyim zaman onlar haqda ilkin təəssüratım yaranıb. Hər şey mənim proqramım üzrə məşqlərdə özlərini hansı tərəfdən göstərmələrindən asılı olacaq. Düşünürəm ki, əlavə oyunçular olacaq. Lakin klubun hədəflərini nəzərə almalıyıq. Bu səbəbdən yalnız tanınmış və sınanmış oyunçularla güclənəcəyik.
- Latviyadan da oyunçu götürəcəksiniz?
- Düz tapdınız. Latviyalı futbolçuları daha yaxşı tanıyıram. Bir həftəyə hər şeyə aydınlıq gələcək.

0
0