“Şəxsən mən “Qarabağ”dan böyük nəticə gözləyirəm” – MÜSAHİBƏ
18.01.2011 - 10:30
Ağdamın “Qarabağ” klubunun futbolçusu Zaur Həşimovun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Türkiyədəki hazırlığınız necə gedir?
- Yaxşı. Bütün komandalar necə hazırlaşırsa, bizdə elə. İlk məşqləri yüngül verdilər. Ancaq get-gedə yükləmələri artırırlar. Deyərdim ki, əhval-ruhiyyəmiz yaxşıdır. Çünki zədəlilərimiz yoxdur, belə problemi olanlar sıraya dönüb. Əfran İsmayılov qayıdıb, Samir Abasov neçə vaxtdır oynamırdı. Maksim Medvedevlə Andrey Rubin son vaxtlar yaşıl meydana dönüb, indi tam gücləri ilə çalışırlar. Zədədən qayıdanlar başlarını aşağı salıb, işləyirlər.
- Təlim-məşq toplanışınız uzun müddətli olacaq, fevralın 5-də vətənə dönəcəksiniz. Belə olan halda, darıxdırıcılıqla bağlı çətinliyiniz olmayacaq?
- Əlbəttə ki, darıxacağıq. Ancaq neyləyək, işimizdir, dözməliyik. İşimiz də darıxdığımız adamlar üçündür.
- Qış fasiləsinə səfərdə “Xəzər Lənkəran”a qalib gəlməklə, yüksək əhval-ruhiyyədə çıxdınız. Cari mövsümün qalan hissəsindən nə gözləyirsiniz?
- “Xəzər-Lənkəran” da daxil olmaqla, çempionatda ötən ay bütün oyunlarımızda qalib gəldik. Bununla həm əhval-ruhiyyəmizi, həm də turnir cədvəlindəki mövqeyimizi yüksəltdik. İnamımız, gücümüz özümüzə qayıdıb. Açığı, böyük nəticə gözləyirik. Şəxsən mən bunu gözləyirəm.
- Böyük nəticə deyəndə nəyi nəzərdə tutursunuz?
- Ən azı ilk üçlükdə yer alıb, medallardan birini qazanmaq.
- Ardıcıl ikinci mövsüm çempionatımızın bürünc medalçısı olsanız, bu, sizi qane edəcəkmi?
- İnşallah, Avroliqaya düşsək, bizim üçün əla nəticədir. Kubokda mübarizəni dayandırdığımızı da nəzərə almaq lazımdır. Ancaq əlbəttə, biz çempionluq uğrunda mübarizə aparacağıq.
- Buna nail olmağı real sayırsınız?
- Bəli. Axı 1-ci yerlə 8 xallıq fərq böyük deyil. Çünki qarşıda “altılığ”ı nəzərə alsaq, 13 oyun var.
- Ölkə kubokunda mübarizədən kənarda qalandan sonra bütün diqqətinizi çempionata yönəltməli olmusunuz. Bir titulun əldən getməsi ruh düşkünlüyü yaradıb?
- Mən elə deməzdim. Düzdür, kubokdan kənarda qalmaq bizə pis təsir etdi, bunu danmıram. Kubok avrokuboklara düşmək üçün ən real şanslardan biri idi. Ancaq “Turan”a uduzduğumuz kubok oyununun səhəri bizi əyləncə mərkəzində yığdılar, boulinq oynadıq. Bunlar futbolçuları psixoloji durundan çıxartmağa görə idi. İndi vəziyyətimiz normaldır, uğursuzluq yaddan çıxıb.
- Aftandil Hacıyev uzun fasilədən sonra əsas heyətə qayıtdı, oynadığı son iki oyunda yaxşı təsir bağışladı. Bununla da ehtiyata düşməyiniz sizdə narahatçılıq yaratmır?
- Yox. Bilirsiniz, necədir, mentaliteti bir qırağa qoymaq lazımdır. Hamımız bir komandanın oyunçuyuqsa, komanda üçün çalışmalıyıq. Kim güclüdürsə, o oynasın ki, komanda qalib gəlsin.
- Aftandillə uzun müddət bir yerdə oynadığınızı, dostunuz olduğunu nəzərə alsaq, onun qayıdışına sevinərsiniz...
- Dostluqdan əlavə, Aftandil “Xəzər Lənkəran”la görüşdə əla oynadı. Mən həmin oyunu tribunadan izləyirdim, zədəli olduğumdan, “18-lik”də yox idim. Hacıyevin oyunu şəxsən mənim çox xoşuma gəldi.
- Ancaq sizin üstünlüyünüz ondadır ki, müdafiənin demək olar hər mövqeyində oynaya bilirsiniz. Hətta milli komandamızda sağ cinah yarımmüdafiəçisi kimi oynamısınız...
- Əsas heyətdə çıxışımı davam etdirməyə çalışacağam. İnşallah, mən öz şansımı gözləyəcəyəm.
Mehman SÜLEYMANOV

0
0