Əsrin ən yaxşı fit sahiblərinin adları müəyyənləşdi
18.01.2011 - 10:48
XXI əsrin ən yaxşı hakimlərinin adları məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) əsrin ilk 10 ilinin ən yaxşı ədalət təmsilçilərinin siyahısını açıqlayıb.
2001-10-cu illərdə 135 xal toplayan almaniyalı Markus Merk onilliyin hakimi adını qazanıb. Kolumbiyalı Oskar Culius Ruis 104 xalla ikinci pillədə qərarlaşıb. Slovakiyalı Lüboş Mihel və uruqvaylı Xorxe Luis Larrionda hərəyə 96 xal toplayaraq 3-4-cü yerləri bölüşüblər.
Qeyd edək ki, İFFHS-in siyahısında 63 hakim yer alıb.

0
0